Türkiyənin İstanbul şəhərində silahlı insident olub.

Unikal.org Xarici KİV-ə istinadən xəbər verir ki, Bəyoğlu rayonunda restorana avtomobillə gələn silahlı şəxs və ya şəxslərin açdığı atəş nəticəsində 5 nəfər yaralanıb. Hadisəni törədən şəxs (və ya şəxslər-red) ərazidən uzaqlaşıb.

Əraziyə polis əməkdaşları və təcili yardım cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.