"Facebook" sosial şəbəkəsinin yeni adı "Meta.com" ola bilər.

Unikal.org xəbər verir ki, bu barədə öz "Facebook" səhifəsində PavelGross.ru saytının domen brokeri Pavel Qross-Dneprov bildirib.

Mütəxəssis son bir ay ərzində ".com" zonasında domenlərin kütləvi şəkildə satın alındığını qeyd edib: "Bunları "Facebook" domenləri ilə məşğul olan şirkət alır. Buna görə, "Meta.com" olacağını düşünürəm".

Qeyd edək ki, Facebook-un adını dəyişəcəyi oktyabrın 20-də məlum olub.