Türkiyə Silahlı Qüvvələri "Barış Pinarı" əməliyyat zonasında PKK terror təşkilatına qarşı əməliyyat keçirib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı 6 terrorçu zərərsizləşdirilib.

Xüsusi dinləmələr nəticəsində onların əməliyyat zonasına hücum hazırlığında olduğu müəyyənləşib.