Bir zamanlar Qarabağın dəmir yolu mərkəzlərindən olan Mincivan stansiyasının düşmən tapdağından azad olunmasından bir il ötür.

Unikal.org  xəbər verir ki, 30 il ərzində daşından torpağına kimi viran qoyulmuş diyarda “keç” siqnalı verməyə həsrət qalmış tənha bir işıqfor var. Dəmir yolu relslərindən isə əsər-əlamət belə qalmayıb.

Qedy edək ki, foto Horadiz-Ağbənd dəmir yolu xəttinin Mahmudlu stansiyasında çəkilib.