“Türk dünyasına, ölkələrimizə qarşı da beynəlxalq miqyasda dezinformasiya kampaniyaları aparılır. Azərbaycan müstəqilliyinin ilk günündən belə kampaniyaların ön sırasında olub”.

Unikal.org xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası mediaforumunda çıxışı zamanı deyib.

“Bu gün də çox təəssüf ki, ölkəmizə qarşı bu cür kampaniyalar aparılır. Buna qarşı mübarizənin ən vacib və önəmli rolu həqiqətin düzgün formada çatdırılmasıdır. Həqiqətin çatdırılması üçün də birgə işləməyimiz və bir-birimizə qarşılıqlı şəkildə dəstək verməyimiz çox vacibdir”, - o bildirib.