Türk lirəsinin ucuzlaşması Azərbaycanın ticarət dövriyyəsinə ciddi təsir göstərmir.

Bu sözləri Unikal.org-a açıqlamasında iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib. 

O deyib ki, amma Türkiyə lirəsinin ucuzlaşması Azərbaycana idxal edilən məhsulların xərcinin azalmasına və Türkiyədən daha çox məhsulun idxal edilməsinə gətirib çıxara bilər: "Nəticə etibarilə güman edilir ki, Türkiyədə infilyasiya optimallaşarsa qardaş ölkənin məhsulları dünya və Azərbaycan bazarında ucuzlaşacaq. Çünki lirə dəyər itirməkdə davam edərsə, digər xərclərdə, xüsusilə istehsal xərclərində lirə ifadəsində dəyişiklik baş verməzsə, Azərbaycan manatında xərcinin azalmasına və ucuzlaşmasına gətirib çıxara bilər".

İqtisadçı bildirib ki, əgər lirənin ucuzlaşması davam edərsə, Türkiyədən Azərbaycana idxalın həcmində də artımlar ola bilər: "Eyni zamanda bu istehlak bazarında türk mallarının qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər".

Könül Oruc