Ermənistanda son sutka ərzində daha 2146 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 291 052 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 42 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5944-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1248 nəfərdir. Aktiv xəstələrin sayı 25 374 nəfərdir.