Gürcüstanda ötən sutkada koronavirusa 4 155 yeni yoluxma faktı təsdiqlənib, 2 507 nəfər müalicə olunaraq sağalıb, 40 pasiyent vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 684 337 nəfərin yoluxduğu müəyyən edilib. Onların 624 688-i sağalıb, 9 657-si isə ölüb.