"Rust" filminin çəkiliş meydançasında bədbəxt  hadisə  yaşanıb. 

Unikal.org xəbər verir ki, döyüş səhnəsi çəkilən zaman silahların boş patronlar əvəzinə, səhvən döyüş qabiliyyətli güllələrlə doldurulması dünyaca məşhur aktyor Alek Bolduinin cinayət  törətməsinə  səbəb olub. 

Belə ki, o, əlinə aldığı silahla kinorejissor Halyna Hutchins və ssenarist-rejissor Joel Souzanı güllələyib. Hadisə nəticəsində Halyna yerindəcə keçinib. Joel  isə  ağır vəziyyətdə  xəstəxanaya çatdırılıb. 

Amerikalı aktyor isə hadisənin səhvən olduğunu vurğulayıb. O, polis bölməsinə aparılıb. 

Qeyd edək ki, "Rust"  filmi ABŞ-ın Nyu-Meksiko ştatında  çəkilir. 

Gülayə  Mecid