Türkiyə Silahlı Qüvvələrinin hərbçisi şəhid olub.

Unikal.org xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, Tuncelidə "Eren-7" əməliyyatında şəhid olan Jandarma Uzman Çavuş Burak Tortumlu ağır yaralanıb. Daha sonra bölgədən vertolyotla çıxarılan Burak, Erzincan xəstəxanasında şəhid olub. 

DİN Süleyman Soylu şəhidin ailəsinə başsağlığı verib:

"Əməliyyat əsnasında baş verən qarşıdurmada, adı Kurtay olan Hayrettin Güneş adlı terrorçu da daxil olmaqla 2 terrorçu məhv edilib. Jandarma personalımızı da şəhid edən Boz kateqoriyalı Şerzan da öldürülənlər sırasındadır. 

"Eren-7" əməliyyatında xain terrorçularla atışmada yaralanan və xəstaxanada şəhid olan qəhrəman Burak Tortumluya Allahdan rəhmət, ailəsinə isə səbr diləyirik".