20-22 oktyabr tarixlərində keçirilən “Rebuild Karabakh” -1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” sərgisində Su ehtiyatlarından səmərəli istifadə Məsələləri üzrə Komissiyada təmsil olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC birgə stendlə iştirak edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, stenddə işğaldan azad olunmuş ərazilərin rəqəmsal su ehtiyatları xəritəsi nümayiş etdirilir və ərazilərdəki su ehtiyatları, onların bərpası, bu istiqamətdə həyata keçiriləcək layihələr barədə ziyarətçilərə məlumat verilir.