Bildiyiniz kimi, koronavirusun yeni aşkarlanan "AY.4.2" ştamı dünyada sürətlə yayılır. Belə olan halda COVID-19-a qarşı vurulan vaksinlərin bu mutant ştamdan da qoruyub-qorumadığı vətəndaşlar arasında müzakirələrə səbəb olub.

TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov Unikal.org-a açıqlamasında bildirib ki, hazırda ölkəmizdə istifadə olunan vaksinlər bütün mutant ştamlara qarşı effektivdir:

"Ekspertlərin gəldiyi qənaət budur ki, hazırda istifadə olunan vaksinlər AY.4.2 və ya "Delta plyus" ştamına qarşı effektivliyini qorumaqdadır".

Murad İbrahimli