“Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyimiz eyni olaraq qalır”.

Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandıran zaman deyib.

Dövlət başçısı bildirib ki, minatəmizləmə fəaliyyəti ilə bağlı texnikalar Azərbaycana verilib və bundan sonra da veriləcək: “Minatəmizləmə əməliyyatı zamanı texnikalar sözünü deyə bildi”.