Rusiya prezidenti Vladimir Putin, koronavirusla əlaqədar yaranan ciddi vəziyyət səbəbindən 30 oktyabr - 7 noyabr tarixlərinin qeyri-iş günü elan olunması barədə sənəd imzalayıb. 

Unikal.org xəbər verir ki, səlahiyyətlilər, eyni zamanda, həmin günlərdə qısamüddətli sərt qapanma mövzusunu müzakirə etdiklərini bildiriblər. 

Qeyd edək ki, çərşənbə günü Rusiya koronavirusdan ölümlə bağlı növbəti anti-rekorda imza atıb.

Putin hökumət üzvləri ilə görüşdə bildirib ki, yeni dalğanın yayılmasına qarşı tədbir görmək lazımdır:

"Yeni epidemiya dalğasının zirvəsini aşağı salmaq lazımdır. Buna görə də 30 oktyabr-7 noyabr tarixlərini işçilərin əmək haqqlarını qorumaq şərtilə qeyri-iş günü elan etmək təklifini dəstəkləyirəm". 

Ağarza Elçinoğlu