Hindistan ən nəhəng liman operatorlarından “Adani Qrup” konqlomeratı İran, Pakistan və Əfqanıstandan yük qəbulundan imtina edib.

Unikal.org xəbər verir ki, bu məlumatı “Əl Cəzirə” televiziyası yayıb.

Məlumata görə, konqlomerat bütün terminallarına, o cümlədən tərəfdaşlarına İrandan yük qəbulunu dayandırmağı tövsiyə edəcəyini bildirib.

Yüklərin qəbulu 15 noyabrdan etibarən tam dayandırılacaq.

Şirkətin belə qərarına səbəb Hindistanın Mundra limanda 3 ton narkotikin ələ keçirilməsi olub. Eyni zamanda, sentyabrda limanda 6 iranlı 20 milyon dollarlıq heroinlə ələ keçirilib.