Ermənistanda  dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org xəbər verir  ki,  Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, İrəvan-Gümrü avtomobil yolunun 50-ci kilometrliyində “QAZel” markalı yük avtomobili yoldan çıxaraq aşıb. Nəticədə 6 nəfər ölüb, 9 nəfər yaralanıb.

Əraziyə xilasedici  qüvvələr  cəlb olunub.