Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 62 min dolları ötüb.

Unikal.org "Coinmarketcap" portalına istinadən məlumat verir ki, son saatlarda kriptovalyuta 62 430 dollar ətrafında alınıb-satılır. Son sutka ərzində bitkoin 3 faizdən çox bahalaşıb.

Oktyabr ayı ərzində kriptovalyutanın qiyməti 42 faiz artıb.

Bu göstərici bitkoinin bu ilin aprelindən etibarən qeydə alınan ən yüksək göstərici olub. Aprel ayında bitkoinin qiyməti 64 min dolları ötmüşdü.