Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 61 min dolları ötüb.

Unikal.org bu barədə "Coinmarketcap" portalına istinadən xəbər verir ki, son saatlarda kriptovalyuta 62 430 dollar ətrafında alınıb-satılır. Son sutka ərzində bitkoin 3 faizdən çox bahalaşıb.

Oktyabr ayı ərzində kriptovalyutanın qiyməti 42 faiz artıb.

Bu göstərici bitkoinin bu ilin aprelindən etibarən qeydə alınan ən yüksək göstərici olub. Aprel ayında bitkoinin qiyməti 64 min dolları ötmüşdü.