Azərbaycan Texniki Universitetində (AzTU) bir qrupunda koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunub ki, Azərbaycan Texniki Universitetinin bir qrupunda 3  nəfərdə  COVID-19 aşkarlandığı üçün qrup 14 gün müddətində distant təhsilə keçib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Pedaqoji Universiteti (ADPU) və Azərbaycan Dillər Universitetində (ADU) yoluxma halları baş verdiyindən iki qrup distant təhsilə qayıdıb.