Bu gün nəhəng bir platforma daşıyan gəmi Çanaqqala boğazından keçir. 

Unikal.org xəbər verir ki, Marşal adaları bayraqlı gəminin keçməsi üçün birtərəfli tranzit gəmiləri üçün yollar bağlanılıb. 

Bildirilib ki, 265 metr uzunluğunda və 43 metr enində olan "Albatross" adlı gəmi səhər saatlarında keçidə başlayıb. Gəmini Sahil Təhlükəsizliyi Ümumi Müdirliyinə məxsus "Kurtarma-13" və "Xilasetmə-15" yedək gəmiləri müşayiət edir. 

"Aras Driller" adlı platformanın "Şimali Marmara Təbii Qaz Depolama Genişləndirilməsi (Mərhələ 3) Layihə Təchizatı İnşaatı"nda istifadə ediləcəyi qeyd olunub. 

Ağarza Elçinoğlu