“Görüş zamanı həmkarıma keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aspektləri və Vətən müharibəsindən sonrakı vəziyyət barədə geniş məlumat verdim”.

Unikal.org-un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 18-də Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə keçirdikləri mətbuat konfransında deyib.

Nazir bildirib ki, üçtərəfli bəyanatda olan müddaəları barədə məlumat verib: “Üçtərəfli bəyanatdan irəli gələn məsələlərlə bağlı hələ ki, konkret nəticlələrin əldə edilməməsi təəssüf doğurur. Biz hələ ki, Ermənistan tərəfindən əməli addımları müşahidə etmirik”.