Bakının Nizami rayonunda (Koroğlu) yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə aeroport şossesində - yerüstü körpüdə qeydə alınıb.

Belə ki, "Toyota" markalı minik avtomobili yük maşınına çırpılıb. Qəza nəticəsində minik maşınında olan sərnişin xəsarət alıb. Nəticədə körpüdə tıxac yaranıb. Minik avtomobili isə deformasiyaya uğrayıb.