Gürcüstanda 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümünə həsr olunan marafonun kişi iştirakçıları arasında qalib məlumdur.

Unikal.org xəbər verir ki, finiş xəttini kişi kateqoriyasında ilk keçən marafonçu David Xarazişvili olub.

O, jurnalistlərə müsahibəsində Azərbaycan dövləti və xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Yarışçı marafonda iştirakdan məmnunluq ifadə edib, Azərbaycanın Gürcüstandakı səfirliyi və digər təşkilatçılara minnətdarlığını bildirib.