Füzuli rayonunun Kərimbəyli kəndində "Daewoo" markalı sərnişin avtobusunun idarəetmə lövhəsi və salon hissəsi yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.