Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 181 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 30 694 nəfər COVID-19 infeksiyasına yoluxub, 25 513 nəfər isə sağalıb.