ABŞ-da qətldə şübhəli bilinərək saxlanılan amerikalı iş adamı, milyarder Robert Durst ən yaxın dostunu öldürdüyü üçün ömürlük həbs cəzasına məhkum edilib. 

Unikal.org BBC-yə istinadən xəbər verir ki,  hadisə 2000-ci ildə baş verib. O, illərdir  dostunun ölümünü  ailəsindən gizlədib. Belə ki, vəkillərə  külli  miqdarda pul ödəyərək,  cinayətin üstünü illərdir gizli  saxlamasına görə məhkəmə ona ömürlük həbs  cəzası  verib. 

Hakimlər 78 yaşlı Durstu "narsist psixopat" olaraq xarakterizə edib.