Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Unikal.org-un xəbərinə görə, dəyişikliklə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qüvvəyə minənədək verilmiş daşınmaz əmlak hüquqları üzərində təsdiq edən aktlara malik olan şəxslərin daşınmaz əmlaka dair texniki sənədlərindən dövlət rüsumu tutulmayacaq.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.