Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi III oxunuşda müzakirə olunub.

Unikal.org xəbər verir ki, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Qeyd edək ki, bundan sonra 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcək. 28 May qeyri-iş günü, 18 oktyabr isə iş günü olan bayram sayılacaq.