Ötən gün Azərbaycanda baş verən yol qəzalarının sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, oktyabrın 14-də avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 5 nəfər ölüb, 2 nəfər yaralanıb.