Gürcüstanda həbsxanada baş verən yanğın nəticəsində iki nəfər həlak olub.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Yanğın Rustavidə 17 saylı cəzaçəkmə müəssisəsinin mətbəxində baş verib, iki məhbus həlak olub.

Faktla bağlı araşdırma aparılır.