Haqqında korrupsiya istintaqının başladığı Avstriya Xalq Partiyasının (ÖVP) sədri və keçmiş baş nazir Sebastian Kurz Parlamentdə and içərək deputat vəzifəsinə başlayıb. 

Unikal.org xəbər verir ki,  Kurz and içmədən əvvəl etdiyi açıqlamada, həm partiya parlamenti sədri vəzifələrini davam etdirəcəyini, həm də hökuməti dəstəkləmək üçün çalışacağını söyləyib. 

Həmçinin sabiq baş nazir, müxalifətin ona qarşı irəli sürdüyü "kölgə baş nazir" ittihamına da qarşı çıxıb. 

Rüşvət, korrupsiya və etimadsızlıq ittihamı ilə barəsində açılan istintaqdakı iddiaları bir daha inkar edən Kurz, günahsızlığını ortaya çıxarmaq üçün çalışdığını  bildirib.