Rusiya Prezidenti Vladimir Putin, 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərinə namizədliyini irəli sürəcəyini açıqlayıb. 

Unikal.org xəbər verir ki, Putin "CNBC"yə verdiyi müsahibədə deyib ki, Rusiya Konstitusiyasına əsasən, o, prezidentliyə namizədliyini irəli sürə bilər. Lakin bununla bağlı hələlik yekun qərar verməyib. 

"Xeyr, bu cür suallara cavab verməməyi üstün tuturam. Ənənəvi cavabım budur. Növbəti seçkilərə hələ çox vaxt var. Bununla bağlı şayiələr vəziyyəti gərginləşdirir. Vəziyyət sakit və sabit olmalıdır ki, bütün hökumət orqanları, dövlət strukturları inamla işləsin və sakitcə gələcəyə baxsın", - deyə Rusiya Federasiyasının prezidenti qeyd edib. 

Ağarza Elçinoğlu