"Müəyyən korrupsioner məmurları vəzifədən uzaqlaşdırılması, yerinə isə gənc və islahatçı kadrların təyin olunması Azərbaycan cəmiyyətinə ümid yaratmışdı".

Unikal.org xəbər verir ki, bunu "Müsavat TV"nin efirinə deputat Fazil Mustafa deyib.

"Bizə gəncləşmə yox, yeniləşmə lazımdır. Yüksək vəzifəyə təyin olunan bəzi gənc kadrlar öz sahələrində özlərini doğrultmadılar. Sanki, öz sahələrində olan problemləri həll etmək yerinə, daha böyük problemlər yaratdılar. Əvvəl dövlət qurumlarında hər hansı formada rüşvət verərək bir sənədi 3 günə həll edirdin, indi isə o puldan da artıq tələb olunur, amma 3 aya həll olunur. Çünki mexanizm artıq daha çox ətalətə yönəlib".

Murad İbrahimli