Dünən aeroport yolunda baş verən ağır qəzada yaralananların son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən Unikal.org-a bildirilib ki, xəstəxanaya yerləşdirilən 3 nəfərin vəziyyəti stabildir, 1 nəfər isə reansimasiyadadır və vəziyyəti stabildir.

3 saylı Şəhər Klinik Xəstəxanasından da APA-ya bildirilib ki, xəstəxanada olan 4 nəfər reanimasiyadadır, onlardan birinin vəziyyəti ağırdır. Travma alan 4 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.