Latviya Prezidenti Eqils Levits koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki,  bu  barədə yerli mətbuat məlumat yayıb. 

Belə ki,  Eqils Levitsdən Estoniyanın yeni Prezidenti Alar Karis ilə görüşdən əvvəl koronavirus testi götürülüb. Testin nəticəsinə əsasən, ölkə Prezidentinin koronavirusa yoluxduğu aydın olub.

Qeyd olunur ki, Levits oktyabrın 13-ü İsveçdən geri qayıdarkən ondan ekspress test götürülüb və bu testin cavabı müsbət çıxıb. Bu gün isə o, PCR test verəcək.