Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə maklerin tələbə qıza əxlaqsız təklif etməsinə dair səs yazısı yayılıb.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a açıqlama verib:

"Yayılan səs yazısından məlumatlıyıq. Hazırda bu məsələ ilə bağlı araşdırma aparılır".

Murad İbrahimli

***

11:46

Azərbaycanda makler tələbə qıza əxlaqsız təklif irəli sürüb.

Unikal.org xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, tələbə qız kirayə qalmaq üçün Ruslan adlı maklerə zəng edib. Makler evin 200 manat qarşılığında kirayəyə verildiyini deyib, sonra isə qeyd edib ki, kirayədə qalan qızla münasibəti yaranarsa, qiymətdə endirim edəcək.

Ruslan hətta qıza gələcəkdə birlikdə həmin evdə qala biləcəklərini də deyib.