Ermənistanda son 24 saat ərzində 1 589 yeni COVID-19-a yoluxma faktı aşkarlanıb.  

Unikal.org xəbər verir ki, bununla da Ermənistanda ümumi yoluxanların sayı 276 666-ya çatıb.

Bildirilib ki, sutka ərzində 754 nəfər sağalıb. (ümumilikdə 251 330 sağalma)

Ermənistan Səhiyyə Nazirliyindən verilən məlumata görə, təkcə bu gün 29 koronavirus xəstəsi ölüb ki, bununla da sözügedən virusdan ölənlərin sayı 5 675-ə çatıb.