Ukrayna ordusu “Kalaşnikov” avtomatları yerinə müasir UAR-15 avtomatları, köhnəlmiş snayper tüfəngləri yerinə UAR-10-la təchiz olunacaq.

Unikal.org xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyasının nümayəndəsi polkovnik Sergey Qriçenko deyib.

Onun sözlərinə görə, dəyişikliklər ilk növbədə xüsusi təyinatlı dəstələrdə həyat keçiriləcək.

Qriçenko , artıq Rusiyanın RPQ-7 qumbaraatanlarının Amerika istehsalı PSRL-1-lə əvəz edildiyini bildirib.