İspanyanın şimalında yerləşən Leioa şəhərində Del Pais Vasko universitetinə silahlı insident yaşanıb. 

Unikal.org xəbər verir ki, 21 yaşlı gənc əlindəki tüfənglə universitet binasına bir neçə dəfə atəş açıb. İnsident zamanı ölən və yaralanan olmayıb.

21 yaşlı gənc polis tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.