Bakı şəhərinin Yasamal rayonunda Yasamal Yaşayış Kompleksində yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.