Qanunsuz tikilinin söküntüsü yalnız və yalnız məhkəmə qərarı əsasında həyata keçirilməlidir, buna başqa heç kim qərar verə bilməz. 

Bu sözləri Unikal.org-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib. 

O, bildirib ki, əgər tikinti aparılan torpaq sahəsində şəxsin qanuni mülkiyyət hüququ varsa, buna heç kim maneə ola bilməz, o cümlədən də polis: “Əgər torpaq sahəsi şəxsə aid deyilsə, bu zaman qanunsuz tikinti hesab olunur. Qanunvericiliyə görə, polis yalnız qanunsuz tikililərin qarşısını ala bilər. Polis hansısa tikintinin qarşısını almaq üçün fəaliyyət göstərən orqan deyil. Dövlət  əhəmiyyətli obyektlərə zərər vuracaq tikililər olduğu halda polis müdaxilə edə bilər. Yoxsa, polis hər məsələdə gəlib müdaxilə etməli deyil”. 

Könül Oruc