"Bəli, müharibədən sonra baş verən hər şeyə görə günahkar və məsuliyyətliyəm".

Unikal.org xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikal Paşinyan parlametində "Hayastan" blokunun deputatı Armenuhi Kyureqyanın sualını cavablandırarkən deyib.

Millət vəkili, məğlubiyyətin və erməni tərəfi üçün faciəli nəticələrlə başa çatan bütün hərbi əməliyyatların məsuliyyətinin kimin üzərinə düşdüyünü soruşub. 

Nikol isə buna cavab olaraq bunları deyib:

“Mən bu tribunadan hər dəfə günahkar olduğumu bəyan etmişəm. Mən bunu 100 dəfə demişəm, günahkar mənəm".

 Gülayə  Mecid