Hindistanda  sərnişin avtobusu  qəza törədib.  

Unikal.org  xəbər verir ki, hadisə Uttar Pradeş əyalətinin Lakhnau şəhərində  qeydə  alınıb. Qəzaya səbəb magistral yolda  heyvanların avtobusun qarşısına çıxması  olub.  Sürücü  heyvanları  vurmamaq  üçün  yoldan çıxıb. Nəticədə  avtobus  aşıb.  Qəza  nəticəsində 12  sərnişin həyatını  itirib,  32  nəfər isə  ağır  yaralanıb. 

Əraziyə  xilasetmə  qüvvələri  cəlb olunub. Qeyd  edək ki,  Hindistanda hər il 110 mindən çox insan yol qəzalarında ölür.