Azərbaycanda son sutkada koronavirus əleyhinə 45 948 vaksin vurulub.

Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 019, ikinci mərhələ üzrə 32 929 nəfərdir.

Vaksinasiyadan keçənlərin ümumi sayı 8 841 520, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 837 342, ikinci mərhələ üzrə isə 4 004 178 nəfər təşkil edir.