Oktyabrın 8-dən Bakıda 114A və 114B nömrəli marşrut xətti (Pirəkəşkül və Müşviqabad qəsəbəsi - "20 Yanvar" m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Unikal.org bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.