Türkiyə ordusu terrorçuların mövqeyinə zərbələr endirib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələri “Pəncə-Qaplan” və Zap bölgələrində keçirdiyi antiterror əməliyyatı nəticəsində 4 PKK terrorçusunu zərərsizləşdirib.

Əməliyyatlar Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.