Azərbaycanda son sutkada koronavirus əleyhinə 1 061 vaksin vurulub.

Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 232, ikinci mərhələ üzrə 829 nəfərdir.

Vaksinasiyadan keçənlərin ümumi sayı 8 738 000, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 808 374, ikinci mərhələ üzrə isə 3 929 626 nəfər təşkil edir.