Tümendə 9 mərtəbəli binada yanğın baş verib.

Unikal.org Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın lokallaşdırılıb, 30 nəfər xilas edilib, 63 insan təxliyə edilib.

Hadisə yerində yanğınsöndürmə və xilasetmə bölmələri soyutma və digər işləri davam etdirir. 

Xəsarət alanlar barədə məlumat verilməyib. 

Ağarza Elçinoğlu