Saakaşvilinin həbsxanada olması gecə yuxuya getməzdən öncə yastıq altına qumbara qoymağa bənzəyər.

Unikal.org xəbər verir ki, bunu gürcü deputat Qubaz Sanikidze deyib. Onun sözlərinə görə, Mixail Saakaşvilinin həbsini iki adam - Vladimir Putin və Bidzina İvanişvili istəyir.

O, baş verənlərin Qərb üçün də böyük sınaq olacağını bildirib.

Qeyd edək ki, M.Saakaşvili 2 oktyabrda Gürcüstana gəlmək üçün artıq təyyarə bileti aldığını da qeyd edib. Onun Tiflisə gələn kimi həbs ediləcəyi gündəmdədir.