Ermənistanda daha 896 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 260 675-ə çatıb. Son sutkada koronavirusdan 22 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 299-a yüksəlib.

Koronavirusa yoluxan 241 191 nəfər sağalıb. Hazırda 12 977 pasiyent müalicə olunur.